Anal nahiyədə olan ağrılar
Anal naniyyədə olan ağrılar böyük bayıra çıxan zaman və ya digər vəziyyətlərdə də ola bilər. Bu ağrıların bir neçə səbəbləri var.
Anal nahiyədə olan ağrıların səbəbləri
- Babasil xəstəliyi
- Anal çat
- Proktit
- Perianal fistul
- İshal
- Proktalgiya Fugax
- Kriptit
- Kron xəstəliyi
- Perianal abses
- Daşlaşmış nəcis
- Xoralı kolit
- Anisimus
- Levator ani sindromu
- Koksikodiniya
- Anal nahiyyədə olan travma
- Anal nahiyyənin törəməsi zamanı
Anal nahiyyədə olan ağrıları xarakterinə görə aşağıdakı kimi qruplaşdırmaq olar. Bu ağrı tiplərinin ən cox hansı xəstəıiklərə uyğun gəlir?
- Kəskin spazm şəkili olan ağrı – Bu ağrılara ən çox Proktolgiya fugaxda rast gəlirik.
- Yatarkən yuxudan durduran ağrı – Perianal absesdə olur.
- Böyuk bayıra gedən zaman olan ağrılar – Anal çat, babasil xəstəliyində
- Anal nahiyyədə olan davamlı şəkildə olan ağrılar – Onurğa problemlərində olur.
Proktologiya Fugax nədir?
- Proktolgiya fugax – anal nahiyyədə spazm şəklində dəqiqələrcə davam edən səbəbi bilinməyən ağrıdır. Bu ağrı cox faiz hallarda 20 dəqiqəyə qədər davam edir.
- Proktalgiya fugax ağrı atakları cox zaman bağırsaq boş olan vaxtı olur. İl ərzində 5-6 dəfə tutur
- Proktolgiya fugax ağrıları ən çox qadınlarda rast gəlinir.
- Bu ağrılar bəzən gündüz vaxtları, bəzən də gecə yuxuda olarkən tuta bilir.
- Proktolgiya fugax ağrıları olan zaman kişilərdə ereksiya müşahidə oluna bilir.
- Proktolgiya fugax ağrıları bəzəndə cinsi əlaqə zamanı yarana bilər.
Anal çat ağrılarının xüsusiyyətləri
Anal nahiyyədə olan ağrıların yaranmasının səbəblərindən biri də anal çatdır. Böyük bayıra gedən zaman anal nahiyyənin bir hissəsində sanki bıçaq kəsmiş kimi bir ağrı hissi olur. Bu ağrı dəqiqələr, saatlar bəzən də günün sonuna qədər davam edə bilər.
Babasil ağrılarının xüsusiyyətləri
Babasil xəstəliyi çox zaman ağrı ilə özünü biruzə verməz. Amma bəzən babasil düyününün trombozlaşması baş verir. Bu da anal nahiyyədə kəskin ağrının olmasına səbəb olur. Ana nahiyyədə olan ağrıların səbəblərini araşdırmaq üçün bir neçə müayinə metodlarından istifadə olunur.
- Endoskopik: a) anaskop b) rektoskop c) siqmoidoskop d) kolonoskop olaraq bu müayinələrdən istifadə olunur.
- Defekoqrafiya. Bu müayinə vasitəsilə biz rektoselinin olub-olmadığını müəyyən edirik.
- Endorektal ultrasəs müayinəsi (ERUS). Bu müayinə vasitəsilə düz bağırsaq törəmələrinin, internal və external anal əzələlərinin funksiyasını dəyərləndirə bilirik.
- Anorektal manometriya. Bu müayinə vasitəsilə anal nahiyədə olan əzələlərin gücünü və funksiyasını təyin etmək olur.



