Düz bağırsaq qanaxması
Düz bağırsaq qanaxması nədir?
Düz bağırsaq qanaxması düz bağırsaqdan qanın gəlməsi və nəcisdə qanın görülməsi kimi başa düşülür. Əsasən al qırmızı rəngdə olur, çox vaxt böyük bayıra çıxan zaman və qaz çıxaran vaxt görülür.
Düz bağırsaq qanaxması hansı səbəblərdən ola bilər?
- Babasil xəstəliyində
- Anal çat
- Düz bağırsaq poliplərində
- Düz bağırsaq xərçəngində
- Perianal fistulda
- İnfeksion kolit
- İşemik kolit
- Proktit
- Düzbağırsağın solitar xorasında
- Dərmanlara bağlı (ASPİRİN AĞRI KƏSİCİLƏR)
Babasil xəstəliyinə bağlı olan qanaxmaların əlamətləri
- Yaşın 50-ə qədər olması
- Al qırmızı rəngli qanın olması
a) Ayaq yolunda tualet kağızında qan görülməsi
b) Ayaq yolunda oturduğu yerdə görünməsi
c) Nəcisin üzərində görünməsi. Bu hallar yuxarda göstərilən xəstəliklərdə də rast gəlinə bilər.
Düz bağırsaq qanaxmasında şişin olmasından xəbər verən bəzi əlamətlər
- 1. Nəcisdə qanın olması
- Nəcisdə nazikləşmə
- Qarında ağrı
- Səbəbsiz qanazlığı
- Yorğunluq
- Səbəbsiz ariqlamaq
- Böyuk bayıra gedən zaman tam boşala bilməmə
- Son günlər qəbizlik və ishalın növbələşməsi.



