Qarın ağrısı nədir, kəskin ağrının səbəbləri
Qarın ağrısı nədir?
Qarın ağrısı ayrılıqda bir xəstəlik deyil, hər hansı bir xəstəliyin göstəricisidir. Qarın ağrılarında həkim nəzarəti olmadan hər hansı ağrı kəsicilərdən istifadə etmək olmaz.
Qarın nahiyəsində olan ağrıları hansı xəstəliklər yaradır?
Qarın müxtəlif nahiyyələrinin ağrısı həmin nahiyyədə olan orqanların ağrısına uyğun gəlir. Mədə-bağırsaq xəstəlikləri, böyrək daşı, şəkər xəstəliyi, qadınlarda aybaşı sancısı, bəzi qan xəstəlikləri və morfi zəhərlənməsi qarın nahiyyəsində ağrı yarada bilir. Qarın boşluğu orqanlarından başqa digər orqan problemləri də qarında ağrı yarada bilir. Bunlardan qabırğada olan qırıqlar, ağciyər iltihabı, ürək problemlərini göstərmək olar.
- Qarının sağ üst nahiyəsində olan ağrılar zamanı: Öd kisəsi, öd yolları, qaraciyər və xora xəstəlikləri düşünülməlidir.
- Qarının sol üst nahiyyəsinin ağrıları zamanı: Mədəaltı vəz xəstəlikləri, dalaq, aorta olan problemlər ağıla gəlməlidir.
- Qarının sol alt nahiyyəsinin ağrısı zamanı: Yumurtalıq ,yoğun bağırsağın divertikulu, sidik yolları, uşaqlıqdan kənar hamiləlik və aorta xəstəlikləri araşdırılmalıdır.
- Qarının sağ alt nahiyyəsinin ağrısı zamanı: Appendisit, sidik yolları, iltihabi bağırsaq xəstəlikləri, uşaqlıqdan kənar hamləlik, yumurtalıq, öd kisəsi və öd yolları xəstəlikləri və FMF düşünülür.
QARIN AĞRISININ CƏRRAHİ SƏBƏBLƏRİ
- Abdominal aorta anevrizmasının cırılması
- Bağırsaq divertikulu qanaması
- Ektopik hamiləlik qanaması
- Dalak,qaraciyər,böyrək kimi orqanların yaralanması
- Aorta_duodenal fistul
- Pankreatit qanamasi.
- Damar anomalıyalari
- Behçet xəstəliyi.
- Mallory-Weiss sindromu.
İNFEKSİYAYA BAĞLI:1.Appendisit 2.Xayaların iltihabı 3.Qaraciyər absesi 4.Mekkel divertikulu 5.Sidik yollari iltihabı 6.Mezenterik linfadenit 7.Mədə bağırsaq deşilməsi 8.öd kisəsi iltihabı 9.Hepatit .KEÇMƏMƏZLİYƏ BAĞLI:1.BAĞIRSAQ BURULMASI 2.Boğulmuş yırtıq 3.Bitişmə xəstəliyi 4.İltihabi bağırsaq xəstəliyi. TÖRƏMƏLƏR:1.Mədə bağırsaq şişləri 2.Mezenterik şişlər 3.Karsinoid şişlər 4.Neyroendokrin şişlər 5.Həzim sisteminin digər şişləri QANDÖVRANİ POZULMASINA BAĞLI:1.Dalaq infaktı 2.Buerger xəstəliyi 3.Boğulmuş yırtıq 4.Xayanın burulması 5.Mezenterik tromboz 6.Yumurtalıq kistasının burulması.DİGƏRLƏRİ :1.Qəbizlik 2.Ağrılı aybaşı 3.Qarın epilepsiyası 4.Herpes zoster.
QARIN AĞRISININ CƏRRAHİYYƏDƏN KƏNAR SƏBƏBLƏRİ
1.Şəkər yüksəlməsi 2.Porfiri xəstəliyi 3.Böyrək üstü vəzin çatmamazlığı 4.FMF xəstəliyi 5.Kəskin leykoz 6.Çubuq hüceyrəli anemiya 7.Trombositopenik purpura 8.Miokardit 9.Perikardit
QARİN AĞRISINDA NƏ ZAMAN HƏKİMƏ GETMƏK LAZIMDIR
- Şiddətli ,təkrarlayıcı ,artan və davamlı xarakter alan ağrılar
- Ağrı ilə yanaşı nəfəsin kəsilməsi , qanama,kusam və temperaturun yuksek olması
- Qarın ağrısının döş qəfəsinə boyuna və onurğaya vurursa
- Qarında şışkinlik və gərginlik varsa
- Nəcisdə qan görülürsə.
DİAQNOZUN QOYULMASİNDA HANSI MÜAYİNƏLƏRDƏN İSTİFADƏ OLUNUR?
Qan analizləri
USM,KT,MRT VƏ RENTGEN MÜAYİNƏSİ.
MÜALİCƏSİ:Karın ağrısının səbəbinə görə müalicə növü seçilir.



