skip to Main Content
Qaraciyər Exinokoku Nədir, Necə Müalicə Olunur?

Qaraciyər exinokoku nədir, necə müalicə olunur?

Qaraciyər exinokok kistası xəstəliyi nədir?

Qaraciyər exinokoku parazitar bir xəstəlikdir, törədicisi eccinococcus granulosisdir. Bu parazit insanlara itlərdən keçir. Parazit itlərin nəcisi vasitəsilə ətraf mühitə yayılır. Nəcislə çirklənmiş sular, meyvələr təmiz yuyulmadıqda ondan istifadə edən insanlara keçir. Bu parazit insandan insana keçmir.

Qaraciyər exinokoku özünü hansı şikayətlərlə göstərir?

Qaracyər exinokoku çox zaman hər hansı bir sikayət yaratmır. Bəzi hallarda digər orqanların müayinəsi zamanı aşkar olunur. Parazit qaraciyərin içində yavaş-yavaş inkişaf edərək qaraciyərin böyüməsinə səbəb olur. Bu zaman sağ qabırğa altında ağrıların olması ola bilər. Bəzən olur ki, exinokok kistası öd yollarına təzyiq göstərərək sarılıqlada özünü göstərə bilər.

Qaraciyərin exinokokunda necə diaqnoz qoyulur?

  • Xəstəliyə aid şikayətlərin olması
  • Hansı ərazidə yaşamasına aid məlumatlar
  • Radioloji müayinələr
  • Serioloji testlər, molekuliyar üsullar

Qaraciyərin funksianal testlərindən transaminazalar, GGT və bilirubin səviyyələri yüksək çıxa bilər. Qaraciyərin exinokok kistası əgər öd yollarına təzyiq göstərərsə, və ya exinokok kistası öd yollarına açılarsa, bu zaman ALP, GGT amilazanın yuxarı olması və eozinofiliya ola bilər. Xəstələrin bəzisində hipergamaglobulinemiya digərlərində eozinifiliya olur. Qaraciyərin exinokok kistası diaqnozunun qoyulmasında USM, KT və ERCP müayinələri köməklik göstərir. Seroloji testlərdən isə ELİSA, Echinococ=İHA və Casoni-weinberg testləri istifadə olunur.

Qaraciyər exinokok kistası hansı ağrılaşmalara yol aça bilər?

  • Exinokok kistası deşilə bilər, bu zaman insanda anaflaktik şok müşahidə oluna bilər.
  • Ən cox görülən ağırlaşma exinokok kistasının öd yollarına acılması və təzyiq göstərməsi nəticəsində olan sariliq və digər ağırlaşmalardı.
  • Exinokok kistasının absesləşməsi ola bilər.
  • Bəzən exinokok kistası ağciyərə bronxlara açılara ağır fəsadlar yol açır.
  • Cox nadir hallarda exinokok kistasının damara açılması da  müşahidə olunur ki bu da cox ağır fəsad olan anaflaktik şoka səbəb olur.

Qaraciyər exinokok kistası necə müalicə edilir?

  • Cərrahi müalicə – Bu xəstəliyin əsas müalicə üsuludur.
  • Perkutan drenaj
  • Dərman preparatlarından istifadə etməklə.

Qaraciyər exinokoku kistasına tutulmamaq üçün profilkatik tədbirlər

Əsasən itlərin nəcisi ilə təmasda ola biləcək yerlərdə meyvə və tərəvəzləri təmiz yumadan yemək olmaz. Çobanların əl təmizliyi məsələsində cox ciddi olmaları vacib hesab olunur.

Dr. Cavan Xubanov

Ümumi cərrah Dr. Cavan Xubanov mədə-bağırsaq sisteminin, öd kisəsi və öd yolları problemlərinin, qaraciyər və mədəaltı vəz patalogiyalarının, eləcə də babasil, anal çat rektosele kimi bir çox xəstəliklərin cərrahi müalicəsi ilə məşğuldur. Eyni zamanda göbək, qasıq, bud və əməliyyatdan sonrakı bütün növ yırtıqların cərrahi müalicəsi də icra olunur.

Back To Top