skip to Main Content
Düz Bağırsaq Sallanması, Səbəbləri, Müalicəsi

Düz bağırsaq sallanması, səbəbləri, müalicəsi

Düz bağırsaq sallanması nədir?

Düz bağırsaq sallanması hissəvi və ya tam anal kanaldan xaricə cixması kimi başa düşülür.


Düz bağırsaq sallanmasının  səbəbləri?

 

  1. Doğum sayının cox olması
  2. Xroniki qəbizlik
  3. Həddinden cox öskürmə
  4. Nəcis yumşaldan dermanlardan cox istifadə etmək
  5. Çanaq dibi funksiyalarının pozulmasında
  6. Davamlı ishal
  7. Onurğa beyin yaralanmalarında
  8.  Hirschsprung xəstəliyi və.s

Düz bağırsaq sallanmasının sikayətləri?

  1. Böyuk bayıra gedən zaman nəcisin tam boşalmaması
  2. Nəcis və qazı saxlaya bilməmək
  3. Tez tez böyuk bayıra getmə hissinin olması
  4. Qəbizlik
  5. Böyük bayıra gedən zaman daha cox gücdən istifadə etmək
  1.   Düz bağırsaq sallanmasının diaqnozu necə qoyulur?Düz bağırsaq sallanmasini 3 cü tipinin diaqnozunun qoyulması elədə çətin deyil xəstənin sikayəti dinləndikdən sonra domuşaraq güc verməsini məsləhət görülür bu zaman düz bağırsağın sallanmasını rahatliqla görmək olur.Amma əsasən 1.Defekografiya 2.ERUS 3.PELVİK MRT kimi müayinələrdən istifadə olunur.

Düz bağırsaq sallanmasının müalicəsi

  1. Perineal yolla -Bu zaman sallanmış bağırsaq kəsilərək uc-uca anastamoz qoyulur.Bu usulu ilk defe 1971 ci ildə Altemeier tərəfindən edilmişdir
  2. Delorme əməliyyatı
  3. Transsakral rektopeksiya -düs bağırsaq icindən sakruma tikilir
  4. Thiersch əməliyyatı
  5. Mikulic əməliyyatı
  6. Qarından daxil olmaqla
  7. Roscoe-Graham üsulu-Çanaq dibi bərkidilir
  8. Goldberg-Frykman üsulu-S vari bağırsaq cıxardılır rektopeksiya icra olunur
  9. levator əzələsinin yığılması
  10. Muir üsulu-Düz bağırsağın anterior rezeksiyası edilir.

Düz bağırsaq sallanması əməliyyatından sonra bəzi ağırlaşmalar olur

  1. Bağırsaq divertikulu əmələ gələ bilər
  2. Rektovaginal fistul
  3. Yarada infeksiyalaşma
  4. Qəfil böyuk bayıra getmə hissi
  5. Qanama

Düz bağırsaq sallanması müalicə olunmassa hansı ağırlaşmalara yol aça bilər

  1. Davamlı anal nahiyyədə agrı
  2. Perianal abses
  3. Nəcis və qaz saxlaya bilməmək
  4. Perianal fistul
  5. Bagırsağın deşilməsi

Düz bağırsaq sallanmasıni babasil xəstəliyindən nece ayirmaq olar

Düz bağırsaq sallanmasında bağırsağın daha yuxarı hissələri xaricə cixir ,babasil xəstəliyində bağırsağın anal nahiyyəyə yaxın olan hissəsi xaricə cixir.

Ən cox verilən suallardan biri əgər düz bağırsaq sallanmasından əməliyyat olunmuşamsa təbii yolla doğuşdan sonra yenidən əmələ gəlmə riski varmı?Bəli var.Düz bağırsaq sallanması bəzən bagırsaq sürüşməsi kimidə başa düşənlər var.

Düz bağırsaq sallanması bəzi xəstəliklərlə qarşıq salına bilər

  1. Babasil xəstəliyi
  2. Düz bağırsaq və anal nahiyyənin bəd xassəli şişləri
  3. Düz bagırsaq polipləri ilə.

Dr. Cavan Xubanov

Ümumi cərrah Dr. Cavan Xubanov mədə-bağırsaq sisteminin, öd kisəsi və öd yolları problemlərinin, qaraciyər və mədəaltı vəz patalogiyalarının, eləcə də babasil, anal çat rektosele kimi bir çox xəstəliklərin cərrahi müalicəsi ilə məşğuldur. Eyni zamanda göbək, qasıq, bud və əməliyyatdan sonrakı bütün növ yırtıqların cərrahi müalicəsi də icra olunur.

Back To Top