skip to Main Content
Düz Bağırsaq Qanaxması

Düz bağırsaq qanaxması

Düz bağırsaq qanaxması nədir?

Düz bağırsaq qanaxması düz bağırsaqdan qanın gəlməsi və nəcisdə qanın görülməsi kimi başa düşülür. Əsasən al qırmızı rəngdə olur, çox vaxt böyük bayıra çıxan zaman və qaz çıxaran vaxt görülür.

Düz bağırsaq qanaxması hansı səbəblərdən ola bilər?

  • Babasil xəstəliyində
  • Anal çat
  • Düz bağırsaq poliplərində
  • Düz bağırsaq xərçəngində
  • Perianal fistulda
  • İnfeksion kolit
  • İşemik kolit
  • Proktit
  • Düzbağırsağın solitar xorasında
  • Dərmanlara bağlı (ASPİRİN AĞRI KƏSİCİLƏR)

Babasil xəstəliyinə bağlı olan qanaxmaların əlamətləri

  1. Yaşın 50-ə qədər olması
  2. Al qırmızı rəngli qanın olması

               a) Ayaq yolunda tualet kağızında qan görülməsi

               b) Ayaq yolunda oturduğu yerdə görünməsi

               c) Nəcisin üzərində görünməsi. Bu hallar yuxarda göstərilən xəstəliklərdə də rast gəlinə bilər.

Düz bağırsaq qanaxmasında şişin olmasından xəbər verən bəzi əlamətlər

  1. 1. Nəcisdə qanın olması
  2. Nəcisdə nazikləşmə
  3. Qarında ağrı
  4. Səbəbsiz qanazlığı
  5. Yorğunluq
  6. Səbəbsiz ariqlamaq
  7. Böyuk bayıra gedən zaman tam boşala bilməmə
  8. Son günlər qəbizlik və ishalın növbələşməsi.

Dr. Cavan Xubanov

Ümumi cərrah Dr. Cavan Xubanov mədə-bağırsaq sisteminin, öd kisəsi və öd yolları problemlərinin, qaraciyər və mədəaltı vəz patalogiyalarının, eləcə də babasil, anal çat rektosele kimi bir çox xəstəliklərin cərrahi müalicəsi ilə məşğuldur. Eyni zamanda göbək, qasıq, bud və əməliyyatdan sonrakı bütün növ yırtıqların cərrahi müalicəsi də icra olunur.

Back To Top