skip to Main Content
Anal Nahiyədə Olan Ağrılar

Anal nahiyədə olan ağrılar

Anal naniyyədə olan ağrılar böyük bayıra çıxan zaman və ya digər vəziyyətlərdə də ola bilər. Bu ağrıların bir neçə səbəbləri var.

Anal nahiyədə olan ağrıların səbəbləri

  1. Babasil xəstəliyi
  2. Anal çat
  3. Proktit
  4. Perianal fistul
  5. İshal
  6. Proktalgiya Fugax
  7. Kriptit
  8. Kron xəstəliyi  
  9. Perianal abses
  10. Daşlaşmış nəcis
  11. Xoralı kolit
  12. Anisimus
  13. Levator ani sindromu
  14. Koksikodiniya
  15. Anal nahiyyədə olan travma  
  16. Anal nahiyyənin törəməsi zamanı

Anal nahiyyədə olan ağrıları xarakterinə görə aşağıdakı kimi qruplaşdırmaq olar. Bu ağrı tiplərinin ən cox hansı xəstəıiklərə uyğun gəlir?

  1. Kəskin spazm şəkili olan ağrı – Bu ağrılara ən çox Proktolgiya fugaxda rast gəlirik.
  2. Yatarkən yuxudan durduran ağrı – Perianal absesdə olur.
  3. Böyuk bayıra gedən zaman olan ağrılar – Anal çat, babasil xəstəliyində
  4. Anal nahiyyədə olan davamlı şəkildə olan ağrılar – Onurğa problemlərində olur.

Proktologiya Fugax nədir?

  • Proktolgiya fugax – anal nahiyyədə spazm şəklində dəqiqələrcə davam edən səbəbi bilinməyən ağrıdır. Bu ağrı cox faiz hallarda 20 dəqiqəyə qədər davam edir.
  • Proktalgiya fugax ağrı atakları cox zaman bağırsaq boş olan vaxtı olur. İl ərzində 5-6 dəfə tutur
  • Proktolgiya fugax ağrıları ən çox qadınlarda rast gəlinir.
  • Bu ağrılar bəzən gündüz vaxtları, bəzən də gecə yuxuda olarkən tuta bilir.
  • Proktolgiya fugax ağrıları olan zaman kişilərdə ereksiya müşahidə oluna bilir.
  • Proktolgiya fugax ağrıları bəzəndə cinsi əlaqə zamanı yarana bilər.

Anal çat ağrılarının xüsusiyyətləri

Anal nahiyyədə olan ağrıların yaranmasının səbəblərindən biri  də anal çatdır. Böyük bayıra gedən zaman anal nahiyyənin bir hissəsində sanki bıçaq kəsmiş kimi bir  ağrı hissi olur. Bu ağrı dəqiqələr, saatlar bəzən də günün sonuna qədər davam edə bilər.

Babasil ağrılarının xüsusiyyətləri

Babasil xəstəliyi çox zaman ağrı ilə özünü biruzə verməz. Amma bəzən babasil düyününün trombozlaşması baş verir. Bu da anal nahiyyədə kəskin ağrının olmasına səbəb olur. Ana nahiyyədə olan ağrıların səbəblərini araşdırmaq üçün bir neçə müayinə metodlarından istifadə olunur.

  1. Endoskopik: a) anaskop b) rektoskop c) siqmoidoskop d) kolonoskop olaraq bu müayinələrdən istifadə olunur.
  2. Defekoqrafiya. Bu müayinə vasitəsilə biz rektoselinin olub-olmadığını müəyyən edirik.
  3. Endorektal ultrasəs müayinəsi (ERUS). Bu müayinə vasitəsilə düz bağırsaq törəmələrinin, internal və external anal əzələlərinin funksiyasını dəyərləndirə bilirik.
  4. Anorektal manometriya. Bu müayinə vasitəsilə anal nahiyədə olan əzələlərin gücünü və funksiyasını təyin etmək olur.

Dr. Cavan Xubanov

Ümumi cərrah Dr. Cavan Xubanov mədə-bağırsaq sisteminin, öd kisəsi və öd yolları problemlərinin, qaraciyər və mədəaltı vəz patalogiyalarının, eləcə də babasil, anal çat rektosele kimi bir çox xəstəliklərin cərrahi müalicəsi ilə məşğuldur. Eyni zamanda göbək, qasıq, bud və əməliyyatdan sonrakı bütün növ yırtıqların cərrahi müalicəsi də icra olunur.

Back To Top