skip to Main Content
Anal çat Nədir, əlamətləri Və Müalicəsi

Anal çat nədir, əlamətləri və müalicəsi

ANAL ÇAT NƏDİR?

Anal kanalın içində ağrıya, qanamaya, qaşıntıya səbəb olan çatdır və ya cırılmadır.

ANAL ÇATIN YARANMASININ SƏBƏBLƏRİ?

  • Davamlı qəbizlik
  • Nəcis yumşaldıcı dərmanlardan çox istifadə etmək
  • Uzun müddət davam edən ishal
  • Anal cinsi əlaqə zamanı
  • Kron xəstəliyi zamanı
  • Leykoz xəstəliyi zamanı

ANAL ÇAT HANSI ŞİKAYƏTLƏRLƏ ÖZÜNÜ GÖSTƏRİR

  • Anal nahiyyədə olan ağrılarla
  • Bağırsaq qanaxmasi ilə
  • Anal qaşıntı olması
  • Anal nahiyyədə düyünün əllənməsi

ANAL NAHİYYƏDƏ AĞRI

Xəstələr əsasən böyuk bayıra cixan zaman anal nahiyyədə olan yandırıcı kəsici ağrıların olmasından sikayət edirlər.Ağrılar bəzən gün boyu davam edir.Ağrılar əsasən anal sfiktorun spazımına bağlı olaraq yaranir.Xəstələr agrıların cox olmasına görə bəzən boyuk bayıra getmək istəmirlər sonunda nəcis bərkiməsi olur ki buda defekasiya zamanı ağrıları dahada artırmış olur.

QANAXMA

Xəstələr böyuk bayıra cıxan zaman damcı səklində al qirmlzl qan görürlər .Bəzən qan tualet kağızındada olur.digər xəstəliklərdədə müşahidə olunur bu cür qanaxmalar.

ANAL QAŞINTI

Anal çat zamanı axıntının olmasına bağlı olaraq bəzən özünü qaşıntının olması ilə göstərir.

ANAL NAHİYYƏDƏ DÜYÜNÜN ƏLLƏNMƏSİ

Anal çatın xarici kənarında bəzən məmə əmələ gəlirki bunuda təmizlik zamanı əllə hiss etmək olur.

BƏZƏN DİGƏR XƏSTƏLİKLƏRİ ANAL ÇAT KİMİ QİYMƏTLƏNDİRİLƏRƏK QARISDIRILIR BUNLAR HANSILARDI

  • Peri anal abses
  • Perianal fistul
  • Anal xərcəng
  • Kron xəstəliyi
  • Düz bagirsaq polipi
  • PSORİAZ
  • Vərəm xəstəliyi.

ANAL ÇAT XƏSTƏLİYİNİN MÜALİCƏSİ

CƏRRAHİ ƏMƏLİYYATLAR

  • çatın kəsilib götürülməsi
  • Anal dilatasiya =anal nahiyyənin genişləndirilməsi
  • lateral internal sfikterotamiya =daxili əzələnin kəsilməsi bu metodun açıq və qapalı növləri var.
  • lazerlə çatın yandırılması
  • Çat kesilib götürüldüdən sonra flebin çəkilməsi

BƏZƏN CƏRRAHİ ƏMƏLİYYATDAN İSTİFADƏ ETMƏDƏNDƏ BOTOKS VƏ DƏRMAN PREPARATLARINDAN İSTİFADƏ ETMƏLƏDƏ  ANAL CATIN SAĞALMASI OLA BİLİR.

ANAL ÇAT ƏMƏLİYYATINDAN SONRA BƏZƏN AĞIRLAŞMALAR OLA BİLİR RAST GƏLİNƏN AĞIRLAŞMALAR HANSİLARDI?

  • ƏMƏLİYYAT SAHƏSİNDƏ İNFEKSİYALAŞMA BİLA BİLƏR
  • Perianal fisul yarana bilər
  • Əzələnin kəsilməsinə bağlı olaraq nəcis və qaz saxlaya bilməmək problemləri
  • Əməliyyat sahəsində qanama ola bilər
  • Anal çat əməliyyatından sonra çatın yenidən əmələ gəlməsi rast gəlinir.Bu cür hallar ən cox kron xəstəliyinə görə əmələ gəlmiş çat xəstəliyində olur.

Dr. Cavan Xubanov

Ümumi cərrah Dr. Cavan Xubanov mədə-bağırsaq sisteminin, öd kisəsi və öd yolları problemlərinin, qaraciyər və mədəaltı vəz patalogiyalarının, eləcə də babasil, anal çat rektosele kimi bir çox xəstəliklərin cərrahi müalicəsi ilə məşğuldur. Eyni zamanda göbək, qasıq, bud və əməliyyatdan sonrakı bütün növ yırtıqların cərrahi müalicəsi də icra olunur.

Back To Top